Gördüyünüz bu videonu redaksiyamızın «vatçap» qutusu»na göndəriblər.
Kadrlardakı qızın cəmi 12 yaşı var. Adı Zeynəb, soyadı Tanrıverdiyev.
Onu həqiqətən Tanrı verib. Elə hər mənada! Azyaşlı Zeynəbdə olan istedada başqa cür qiymət vermək olmaz.
Cəlilabadlı qızcığaz lap uşaqlığından futbola həvəs salıb. Onun sürəti, topla finləri görənləri heyrət içində buraxır.
Küçədə özündən böyük oğlan uşaqlarıyla futbol oynayır və seçilir. Qapıbir qonşuları, məhəllə adamları balaca Zeynəbi «Messi» adlandırır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN