COP29

"Onların yerini doldura bilmədik"

13 İyul 02:30 Qadın futbolu 1 084
"Onların yerini doldura bilmədik"

Qadın futbolçulardan ibarət Azərbaycani komandası Avropa çempionatının seçmə mərhələsində bu gün Bakıda Macarıstan yığmasına 0:5 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, millimizin baş məşqçisi Siyasət Əsgərov oyundan sonra açıqlama verib:

- Təəsüf ki, evdə belə hesabla məğlub olduq. Rəqib çox keyfiyyətli komandadır. Səfərdə Macarıstanla heç-heçə etmişdik. Futbolçularımızın əksəriyyəti Türkiyədə çıxış edir. Orada çempionat dayandığı üçün oyunçuların fiziki durumunda problem var. Bu, özünü göstərdi. Sarı vərəqəyə görə iki futbolçumuz oyunu buraxırdı. Onların yerini doldura bilmədik. Buraxdığımız qollardan sonra komanda özünə gələ bilmədi və hesab böyük oldu.

- Komandada motivasiya necə idi?

- Motivasiya ilə bağlı problem yox idi. Ayın 1-dən toplanışa başlamışdıq. Rusiya və Qazaxıstanda oynayan qızlar komandaya gec qoşuldu. Ayın 7-si bütün komanda ilə məşq etdik. Hər şey normal idi.

- Qəbələ komandanı 2-ci yerə yüksəldə bilərdi. Sizcə, bir belə şans ələ düşəcək?

- Məğlub olmasaydıq belə pley-offa getmək şansımız artırdı. Oyunun çətin olacağını düşünürdük. Amma belə hesab olacağını gözləmirdik. Rəqibin təzyiqi altında səhvlərə yol verdik. Hələ bir oyunumuz var. 1 xal bizi pley-offa apara bilər. İsveçrənin Türkiyə ilə oyunda qələbəsi bizə təsir edə bilər.

- 16 yaşlı Xanım Əsədova bu gün debüt etdi. Onun oyununu necə dəyərləndirirsiz?

- Bizim talantlardan biridir. Xanımı xeyli vaxtdır izləyirik. Məşqlərdə seçilirdi. Hücum xəttində sıxıntılarımız var idi. Bu, Xanım üçün də stimul olar. Onun gələcəyi üçün bu addımı atdıq.

Digər Xəbərlər
Xəbər Lenti