COP29

Gürcü qızları Rustavidə millimizi darmadağın etdi

28 Sentyabr 08:30 Qadın futbolu 301
Gürcü qızları Rustavidə millimizi darmadağın etdi

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası yoldaşlıq görüşü keçirib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.

Xəbər Lenti