19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, milli B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviyaya qarşı keçirəcək.
Millimiz turnirdə ilk görüşündə Monteneqroya 0:4 hesabı ilə uduzmuşdu.