Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Necla Güngör Kıraqası matçdan sonça açıqlama verib.
Türk mütəxəssis keyfiyyətin sayəsində qələbə qazandıqlarını bildirib:
"İlk hədəfimiz evdəki matçda qələbə qazanmaq idi. Bunu bacardıq. İndi ikinci hədəfimiz Azərbaycanı səfərdə məğlub etməkdir.
Əsas məqsədimiz isə pley-offa yüksəlməkdir. Rəqibimizin oyuna sərt başlayacağını və müdafiə olunacağını bilirdik.
Buna görə də tələsmədik. Matçın sonlarında keyfiyyətimizi ortaya qoyaraq lazım olan nəticəni əldə etdik".