Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Görüş "Ərzincan 13 Şubat" şəhər stadionunda keçirilib. Matçı fransalı referi Aleksandra Kollin idarə edəcək.
Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşır.
Bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.
Türkiyə - Azərbaycan 1:0
Qol: Ebru Topçu, 43-pen.
Baş hakim: Aleksandra Kollin
"Ərzincan 13 Şubat"