Gülay 4 qol vurdu, Nihan ən yaxşı oyunçu seçildi

02:40 Qadın futbolu 59
Gülay 4 qol vurdu, Nihan ən yaxşı oyunçu seçildi

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qubada 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.

Sportinfo.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 7 komanda iki qrupda mübarizə aparıb.

Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində üz-üzə gəliblər. 4 №li tam orta məktəb turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq, Zərdabi kənd tam orta məktəb və 7 №li tam orta məktəb tutublar.

2 №li tam orta məktəbin şagirdi Gülay Cəfərova 4 qolla turnirin ən məhsuldar oyunçusu olub. 7 №li tam orta məktəbin şagirdi Nihan İsmayılova ən yaxşı oyunçu, Zərdabi kənd tam orta məktəbin şagirdi Gülay Babaəliyeva turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutanlar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılıb.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) milli komandanın baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Layihənin təşkilində əsas məqsəd gələcəkdə AFFA U-15 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatlarla təmin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!