Qubalı qızlar oynayacaq

03:40 Qadın futbolu 95
Qubalı qızlar oynayacaq

AFFA-nın təşkilatçılığı ilə 26-27 aprel tarixlərində Qubada 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutacaq turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçılar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq.

Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır.

Layihənin reallaşmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 10:40 Burada AYAQ SAXLA!