Monteneqrolu operator gözünü Nigardan çəkə bilmədi… VİDEO

12 Aprel 17:40 Qadın futbolu 4 972
Monteneqrolu operator gözünü Nigardan çəkə bilmədi… VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.

Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb.

Rəqib məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Yasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Matçı yayımlayan yerli telekanalın efirində maraqlı an yaşanıb. Operator kameranı dəfələrlə Nigar Mirzəliyevaya tuşlayıb.

O, 22 yaşlı müdafiəçini dəfələrlə ekrana gətirib. Hətta top onda olmayanda, oyun dayananda belə!

Azərbaycan daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının IV qrupunda 5 xalla ikinci sıradadır. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"