AFFA Şamaxıda “Bahar” keçirəcək,milliyə qız seçəcək

12 Aprel 03:40 Qadın futbolu 203
AFFA Şamaxıda “Bahar” keçirəcək,milliyə  qız seçəcək

AFFA-nın təşkilatçılığı ilə aprelin 12-də Şamaxıda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutacaq turnirdə Şamaxının 6 komandası mübarizə aparacaq.

Komandalar arasında qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq.

Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır.

Layihənin reallaşmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"