“Bu tempdə oynasaydıq, əminəm ki, Azərbaycan komandasına qalib gələrdik”

10 Aprel 09:00 Qadın futbolu 349
“Bu tempdə oynasaydıq, əminəm ki, Azərbaycan komandasına qalib gələrdik”

Monteneqronun qadınlardan ibarət futbol yığmasının baş məşqçisi Mirko Mariç Millətlər Liqasının C4 qrupunda Nikşiçdə Azərbaycan ilə keçirilən heç-heçəni (1:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, Mariç millimizlə görüş haqda bu cür danışıb:

"Qızlar maksimumu verdilər, cəsarətlə və şiddətlə mübarizə apardılar. Təslim olmadılar.

Sadəcə, birinci hissədə buraxdığımız qoldan sonra olduğu kimi oynamadığımıza görə təəssüflənirəm. Bu tempdə oynasaydıq, əminəm ki, qalib gələrdik.

Şanslara görə buna layiq idik, amma yenə də 90+1 dəqiqədə hesabı bərabərləşdirəndə mübarizəni davam etdirə bildik.

Qrupda birinci yer və B divizionuna düşmək üçün Litva ilə matçda lazım olan hər şeyi etməyə çalışacaq".

Digər Xəbərlər
Xəbər Lenti