Azərbaycanlı qızlar bir neçə saniyə də dözə bilsəydi... VİDEO

10 Aprel 02:10 Qadın futbolu 268
Azərbaycanlı qızlar bir neçə saniyə də dözə bilsəydi... VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.

Sportinfo.az xəbər verir ki, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb.

Millimizin Monteneqro ilə heç-heçəsindən - Video

Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Yasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının IV qrupunda 5 xalla ikinci sıradadır. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti