Azərbaycan yığması son anda qələbəni qaçırdı - CANLI YAYIM

8 Aprel 22:20 Qadın futbolu 493
Azərbaycan yığması son anda qələbəni qaçırdı - CANLI YAYIM

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 3-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olub.

Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hazırda hər iki komanda hərəyə 5 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.

Azərbaycan yığması qrupdakı ilk oyununda Monteneqro ilə Bakıda heç-heçə edib - 0:0. Millimiz ikinci matçda isə səfərdə Litvaya qalib gəlib - 2:0.

Monteneqro - Azərbaycan 1:1

Qollar: M. Mollayeva, 54; Y. Cokoviç, 90+2-pen.

Hakimlər: Marta San Xuan, Karlos Qonçalves, Luis Akosta, Antuan Şaramonti (Andorra)

Nikşiç şəhər stadionu.

Xallar: Monteneqro - 5, Azərbaycan - 5, Litva - 0

Digər Xəbərlər
Xəbər Lenti