UEFA Azərbaycan millisinə niyə XƏBƏRDARLIQ ETDİ?

5 Aprel 08:50 Qadın futbolu 390
UEFA Azərbaycan millisinə niyə XƏBƏRDARLIQ ETDİ?

UEFA 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinə xəbərdarlıq edib.

Sportinfo.az "report"a istinadən xəbər verir ki, buna yığma üzvü Pərişan Abdullayevanın Avropa çempionatının ikinci seçmə mərhələsinin II turunda, Albaniya ilə matçda (0:4) meydana çıxması səbəb olub.

Birinci seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan oyunçu ikinci tsiklin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. Abdullayeva bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.

Buna baxmayaraq, onun adı sözügedən matç üçün sistemə yüklənib və UEFA nümayəndəsi də bunu təsdiqləyib. Lakin həmin şəxs qarşılaşmadan sonra bunun fərqinə varıb.

Sonradan Pərişan Abdullayeva sonuncu turda Monteneqro (1:2) ilə matçın iştirak ərizəsinə salınmayıb və cəzasını həmin görüşdə çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Aprel 16:40 Yaxşı pul alacaqlar
5 Aprel 04:50 Onlar da çağırılır?
5 Aprel 03:50 Niyə belə uduzdular?