
Qadınlardan ibarət Azərbaycan komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, millimiz martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.
Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
1. Aytac Şərifova - Hakkarigücü (Türkiyə)
2. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)
3. Günay İsmayılova - Neftçi
4. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
5. Manə Mollayeva - Neftçi
6. Fidan Cəfərova - Neftçi
7. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
8. Kamilla Məmmədova - Dirçəliş
9. Firəngiz Teymurova - Neftçi
10. Jalə Məhsimova - Amed Spor (Türkiyə)
11. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
12. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
13. Coşqunə Əliyeva - Neftçi
14. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya)
15. Ayşən Əhmədova - Ünyespor (Türkiyə)
16. Alina Dorofeyeva - Rubin (Rusiya)
17. Diana Məmmədova - Rubin (Rusiya)
18. Ayşən Salamzadə - Neftçi
19. Xanım Əsədova - Neftçi
20. Sona Rəhimova - Neftçi
21. Aysun Muradova - Gölbaşı Belediye Spor Türkiyə)
22. Esra Manya - Fatih Vətən (Türkiyə)
23. Alina Nəhmədova - Neftçi