AFFA oyunçu tapmayan Lənkəran komandasını çempionatdan kənarlaşdırdı

28 Mart 02:10 Qadın futbolu 282
AFFA oyunçu tapmayan Lənkəran komandasını çempionatdan kənarlaşdırdı

AFFA U-13 qızlar liqasında mübarizə aparan “Xan Lənkaran”ı yarışdan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

U-13 qızlar liqasının “Şəfa” - “Xan Lənkəran” oyunu qonaqların heyətində yetərsay olmaması səbəbindən baş tutmayıb.

Ona görə də “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu hal cari mövsümdə 3-cü dəfə yaşanıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Mart 11:30 İstədiyiniz nədir?