Millimiz Maltaya da uduzdu, qrup sonuncusu oldu

19 Mart 00:30 Qadın futbolu 159
Millimiz Maltaya da uduzdu, qrup sonuncusu oldu

Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəlib. Bolqarıstan 4 cavabsız qolla rəqibini üstələyib.

Bu nəticələrdən sonra Bolqarıstan və Lüksemburq 6 xalla qrupda 1-ci və 2-ci yerləri bölüşürlər. Malta və Azərbaycan millisi isə hərəyə 3 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. Qrup lideri olan Bolqarıstan A Liqasına yüksəlib.

Azərbaycan millisi bundan əvvəl Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.

Malta U-17 - Azərbaycan U-17 2:0

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bayıl stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat