
Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisi Avro-2025-in 2-ci seçmə mərhələsində son oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, B liqasının 4-cü qrupunda yer alan yığmamız 3-cü turda Monteneqro ilə qarşılaşıb.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda oynanılan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.
Millimiz bundan əvvəl Şimali İrlandiyaya (0:4) və Albaniyaya (0:4) məğlub olub. Komanda hazırda sıfır xalla qrupda sonuncudur.
Monteneqro U-19 - Azərbaycan U-19 2:1
Baş hakim: Roksana Rekorean (Rumıniya)
“House of Football Natural Pitch”, Albaniya.