
Monteneqronun qadınlardan ibarət millisinin kapitanı Slajana Bulatoviç Azərbaycan yığmasından danışıb.
O, Millətlər Liqasının C4 qrupunda rəqib olduqları komandamızı qiymətləndirib.
Sportinfo.az “vijesti.me” portalına istinadən xəbər verir ki, monteneqrolu xanım futbolçu deyib:
"Daha yaxşı oynaya biləcəyimizlə bağlı motivasiyamız var. Azərbaycan millisi aqressiv komandadır.
Bu baxımdan onlara uyğunlaşmaq üçün hər şey etməliyik".