Yığmamızın Monteneqro ilə matçında kimlərin üzünü görəcəyik?

19 Fevral 03:10 Qadın futbolu 231
Yığmamızın Monteneqro ilə matçında kimlərin üzünü görəcəyik?

Azərbaycanın qadınlardan ibarət milli komandasının UEFA Millətlər Liqasının C4 qrupunda Monteneqro ilə Bakıda keçiriləcək açılış turunun oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az UEFA-ya istinadən xəbər verir ki, oyunu qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Tatyana Sorokopudova olacaq.

Ona yan xətt hakimləri kimi Nargis Maqau və Dinara İdrisova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elvira Nurmustafina yerinə yetirəcək. .

Azərbaycan – Monteneqro oyunu fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək və saat 15:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”