"Özümü Rusiyanın başqa klubunda sınamaq istədim".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Alina Dorofeyeva Rusiyanın "Rubin" komandasına keçidi haqqında danışarkən deyib.
O, yeni komandasında uyğunlaşma prosesi keçdiyini bildirib:
"Hələlik yeni komandama uyğunlaşıram. Məni burada yaxşı qarşıladılar. Qarşımızda görüləcək çox iş var.
Müqavilənin müddəti bitdikdən sonra "Yenisey"dən ayrıldım. Özümü Rusiyanın başqa klubunda sınamaq istədim".
26 yaşlı yığma üzvü komandaya yeni baş məşqçi gələcəyini deyib:
"Rubin"ə güclü oyunçular və yeni baş məşqçi gələcək. Turnir cədvəlində mümkün qədər yuxarı qalxacağımıza ümid edirik. Rusiya çempionatının səviyyəsi hər il artır".
"Rubin" Rusiya Superliqasında 2024 mövsümünü 8 xalla turnir cədvəlinin sonuncu - 13-cü pilləsində bitirib.