Azərbaycan millisinin futbolçusu Jalə Məsimovanın yeni komandası dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını yenə Türkiyədə davam etdirəcək.
Ötən həftə “Beylerbeyi” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan forvard “Amed”lə danışıqları müsbət yekunlaşdırıb.
Razılıq mövsümün sonunadək əldə olunub.
“Amed” Türkiyə Superliqasında XIII turdan sonra 11 xalla 10-cu yerdə qərarlaşıb.