"Komandama "dörd çıx" qiymətini verərdim".
Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın qadınlardan ibarət futbol yığmasının baş məşqçisi Yuri Krasnojan Azərbaycan millisinə qalib gəldikləri (1:0) yoldaşlıq görüşündən danışarkən deyib.
O, Rusiya Futbol İttifaqının rəsmi saytına qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Oyun üçün komandaya hansı qiyməti verə bilərəm? Qələbə artıq "üç üstəgəl" deməkdir.
Oyunda yaxşı epizodlarımızın olması "yağlı dörd"dür. Mənfi cəhətlərin olması isə "dörd çıx" deməkdir və bu qiyməti də verərəm”.