Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda B Liqasının 5-ci qrupunda Kiprlə qarşılaşıb.
Matç Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.
Oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Millimiz buna qədər İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.
Bununla da Azərbaycan millisi yarışda çıxışını başa vurub.