Rusiyanın qadınlardan ibarət komandasının baş məşqçisi Yuri Krasnojan Soçidə Azərbaycan yığması üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, Rusiya Futbol Federasiyasına danışan təcrübəli mütəxəssis millimizlə görüş haqda bunu deyib:
"İlk dəqiqələrdə 3-4 epizoddan istifadə etsəydik, elə 25 dəqiqəyə bütün suallara aydınlıq gətirə bilərdik.
Ancaq sonra müəyyən bir rahatlıq yarandı. Ümumiyyətlə, bu, heyət yenicə hazırlaşarkən baş verir.
Qızların diqqətini hissənin sonlarında topla daha yavaş davranmağa başladılar. Ümumiyyətlə, ikinci hissə bərabər səviyyəli oyun oldu".
Rusiya və Azərbaycan yığmaları arasında ikinci oyun dekabrın 2-də baş tutacaq.