19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan komandamız İsveçrə ilə üz-üzə gəlib.
Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma Həbib Ağayevin çalışdırdığı yığmamızın biabırçı məğlubiyyəti ilə başa çatıb - 0:8.
U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.
İsveçrə (U-19) - Azərbaycan (U-19) - 8:0
Baş hakim: Kristina Kozoroh (Ukrayna)
Kouklia Community stadionu