Qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının birinci pley-off mərhələsində cavab oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, millimiz Portuqaliya ilə üz-üzə gəlib.
Vizelada baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Peritan Bozdağ 71-ci dəqiqədə qırmızı vərəqə alıb.
Komandalar arasında Bakıda təşkil olunmuş ilk görüşdə Portuqaliya seçməsi 4:1 hesablı qələbə qazanmışdı.
Beləliklə, millimiz Avropa çempionatının pley-off mərhələsində mübarizəni dayandırıb.
Portuqaliya yığması isə növbəti raundda Çexiya seçməsinə rəqib olub.
Portuqaliya - Azərbaycan 4:0
Hakimlər: Shona Shukrula, Martina Boer, Ashley de Haan, Julia Van Es (Niderland)
Vizela stadionu.