COP29

Nazlıcan və 1:4

26 Oktyabr 01:00 Qadın futbolu 240
Nazlıcan və 1:4

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində Bakıda Portuqaliya ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma “Liv Bona Dea Arena”dakı matçda rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu 58-ci dəqiqədə Nazlıcan Parlak rəqib qapısından keçirib.

Komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq.

Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək.

Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Azərbaycan – Portuqaliya 1:4
Qollar
: Nazlıcan Parlak 58 - Ana Kapeta 5, Tatyana Pintu 10, Diana Qomeş 26, Diana Silva 89

Bakı, Liv Bona Dea stadionu. Baş hakim: Fabienn Mişel (Almaniya).

Azərbaycan: Aytac Şərifova, Alina Dorofeyeva, Nigar Mirzəliyeva, Jalə Mənsimova, Diana Məmmədova, Mana Mollayeva, Nazlıcan Parlak, Eliz Açar, Peritan Bozdak, Kristina Bakarandze, Sevinc Cəfərzadə (k)

Portuqaliya: İnyes Pereyra, Ana Borges(k), Katarina Amado, Diana Qomes, Joana Marçao, Andreya Yasinto, Tatyana Pinto, Nazaret, Telma Ençarnaçao, Ana Kapeta, Karola Kosta

Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!