COP29

Portuqaliya millisinin oyunçusu: "Azərbaycan hörmət edirik"

23 Oktyabr 16:20 Qadın futbolu 411
Portuqaliya millisinin oyunçusu: "Azərbaycan hörmət edirik"

Portuqaliyanın qadınlardan ibarət milli komandasının yarımmüdafiəçisi Andreya Faria AVRO-2025-in seçmə mərhələsinin 1-ci mərhələsinin Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan Portuqaliyanın aparıcı üzvü Bakıdakı matçla bağlı bunları deyib:

“Portuqaliya təvazökar olacaq, lakin Azərbaycanın inkişaf mərhələsində olduğunu başa düşərək öz futbolunu oynamaq niyyətindədir.

Azərbaycan hörmət etdiyimiz komandadır. Lakin təhlükəli rəqib qarşısında ən yaxşı cavabı vermək üçün özümüzə və performansımıza diqqət yetirməliyik.

Azərbaycandakı qarşılaşma pley-off mərhələsinin ilk hissəsidir. Lakin təbii ki, bütün komandalar fasiləyə üstünlüklə çıxmaq istəyir.

İstədiyimiz yaxşı oynamaq və müsbət nəticə əldə etməkdir ki, Portuqaliyadakı cavab oyununa inamlı və sakit yanaşa bilək”

Azərbaycan – Portuqaliya görüşü oktyabrın 25-də keçiriləcək. Oyun “Liv Bona Dea Arena”da baş tutacaq və 16:00-da start götürəcək.

Cavab görüşü oktyabrın 29-d Portuqaliyada baş tutacaq.

Xəbər Lenti