COP29

“Qalatasaray”ı ÇL-ə daşıyan Azərbaycan millisinin hücumçusu deyir ki…

1 Oktyabr 08:40 Qadın futbolu 1 902
“Qalatasaray”ı ÇL-ə daşıyan Azərbaycan millisinin hücumçusu deyir ki…

"Duyğularımı sözlə ifadə etmək çətindir".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin və "Qalatasaray"ın üzvü Nazlıcan Parlak Türkiyə klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi barədə danışarkən deyib.

O, ilk dəfə qadınlardan ibarət Türkiyə təmsilçisinin ÇL-in həlledici raunda vəsiqə qazanmasını şərh edib. Futbolçu buna görə xoşbəxt olduğunu bildirib: "Qürür hissi keçirirəm. Hər zaman ilklərə və böyük uğurlara imza atan "Qalatasaray"da hədəflər sonsuzdur. Daha böyük nəticələr qazanmaq və tarix yazmaq istəyirik. Çox yaxşı komandamız var. Bura kimi irəliləmək haqqımız idi".

Əlavə vaxtda vurduğu qolla İstanbul klubunu əsas raunda daşıyan Azərbaycan millisinin forvardı həmin anı heç vaxt unutmayacağını söyləyib: "Matç 2:2 hesabı ilə davam edərkən 100-cü dəqiqədə qələbə qoluna imza atmaq və komandanı Türkiyə qadın futbolu tarixində ilk dəfə qruplara aparmaq inanılmazdır. Bu hissi hər futbolçu yaşamaq istəyər. Komandanın əziyyəti yerdə qalmadı. Qarşıda bizi “Lion”, “Volfsburq” və “Roma” ilə ağır oyunlar gözləyir. Rəqiblərimiz turnirdə qarşılarına ciddi hədəflər qoyublar. İnanıram ki, azarkeşlərimizi sevindirəcəyik”.

"Qalatasaray” ilk görüşdə 2:2 hesablı heç-heçə etdiyi Çexiyanın “Slaviya” (Praqa) komandasına səfərdə qalib gəlib – 2:1. Komanda A qrupunda "Lion" (Fransa), "Volfsburq" (Almaniya) və "Roma" (İtaliya) kollektivləri ilə mübarizə aparacaq.

Nazlıcan Parlakla yanaşı, Azərbaycan yığmasının digər üzvü Kristina Bakarandze də “cim-bom”un şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti