COP29

Azərbaycanın Könülü - Yığma özbəklərə də uduzdu

03:40 Qadın futbolu 68
Azərbaycanın Könülü -  Yığma özbəklərə də uduzdu

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.

Azərbaycan komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək. Millimiz ilk oyununda Belarusa 1:8 uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi