COP29

"Neftçi" Çempionlar Liqasına 0:5-lə başladı

4 Sentyabr 20:10 Qadın futbolu 593
"Neftçi" Çempionlar Liqasına 0:5-lə başladı

"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.

Sportinfo.az xəbər verir ki, turnirin I mərhələsində Avstriyadan “Sankt-Pölten” ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.

Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.

II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.

18:00. “Sankt-Pölten” (Avstriya) – “Neftçi” (Azərbaycan) 5:0

Baş hakim: Jelena Kumer (Xorvatiya)
Tskaltubo Texniki Mərkəzi

Xəbər Lenti