Bu gün qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda evdə İsveçrə ilə qarşılaşıb.
Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra İsveçrə 6 xalla lider, Azərbaycan millisi 1 xalla 2-cidir.
B Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.
Azərbaycan - İsveçrə - 0:4
Qollar: Vallotto, 11-pen, Buhler, 20, Pilqrim, 51, Rizen, 54
Baş hakim: Alina Peşudur (Rumıniya).
Bakı, "Liv Bona Dea" stadionu