COP29

"Formasından uzaq düşmüş futbolçuların çox olduğu görünür"

3 İyul 01:10 Qadın futbolu 619
"Formasından uzaq düşmüş futbolçuların çox olduğu görünür"

Macarıstanın qadınlardan ibarət milli komandası AVRO-2025-in seçmə mərhələsi çərçivəsində B1 qrupunun Azərbaycan (12 iyul) və Türkiyə (16 iyul) komandalarına qarşı keçirəcəkləri oyunları öncəsi təlim-məşq toplanışı keçirib.

Sportinfo.az xəbər verir ki, Macarıstan yığmasının baş məşqçisi Aleksandra Szarvas toplanış və qarşıdakı oyunlar haqda bunları deyib:

"Bu təlim-məşq toplanışı ilə biz iyulda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Türkiyəyə qarşı keçiriləcək oyunların hazırlığına başladıq.

İyul ayında FİFA üçün əlverişsiz günlər olduğundan, çempionatları təxminən bir ay əvvəl başa çatan futbolçuları ən yaxşı formada saxlamaq üçün iki-üç günlük təlim-məşq toplanışı keçirməyi qərara aldıq.

Bəziləri klubları ilə yeni mövsümə hazırlaşmağa başladığından formasından uzaq düşmüş futbolçuların çox olduğu açıq-aydın görünür".

Azərbaycan - Macarıstan matçı Bakıda, “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Qeyd edək ki, hər iki komandanın qrupdan vəsiqə qazanmaq şansı var.

Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu