Xəbər verdiyimiz kimi, qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Siyasət Əsgərovun çalışdırdığı komanda Türkiyə yığmasını qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Bununla da Azərbaycan millisi xallarının sayını 4-ə yüksəldib.
Səfərdə keçirilən görüşdə bu rəqibinə uduzan (0:1) Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda Macarıstanla heç-heçə (1:1) edib, 2-ci görüşdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.
Qarşılaşmadan sonra kapitan Sevinc Cəfərzadə maraqlı açıqlamalar verib. O, uğur və uğursuzluqlara baxmayaraq komandasına hörmət olunmasını xahiş edib.
Lənkəranlı oyunçu böyük problemlər içində meydana çıxdıqlarını, buna rəğmən, hər dəfə tənqidlərlə üzləşdiklərini deyib.
Sevincin sözləri sosial şəbəkələrdə geniş müzakirə olunub. İstifadəçilərin bir çoxu etdiyi çıxışdan dolayı onu “Neftçi”nin mərhum baş məşqçisi Böyükağa Hacıyevə bənzədiblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: