COP29

"Düşünürəm ki, Azərbaycanla oyunda birlikdə qalib gələcəyik"

31 May 02:20 Qadın futbolu 484
"Düşünürəm ki, Azərbaycanla oyunda birlikdə qalib gələcəyik"

Türkiyənin qadınlardan ibarət yığmasının hücumçusu Birgül Sadıkoğlu Millətlər Liqasının B1 qrupunda Azərbaycan yığmasına qarşı Ərzincanda (31 may) və Bakıda (4 iyun) keçirəcəkləri oyunlardan danışıb.

Sportinfo.az xəbər verir ki, TFF-yə danışan Birgül matçlardan gözləntilərini bölüşüb:

"Bizi Azərbaycanla iki oyun gözləyir. Azərbaycanla oyunları xal itirmədən başa vurub hədəfimizə, turnirin pley-off mərhələsinə doğru irəliləməkdə davam etmək istəyirik.

Ümid edirəm ki, stadionun tribunaları dolacaq. Elazığ və Çorumda keçirilən görüşlərimizdə tamaşaçı sayına görə rekordlar qırılıb.

İndi Ərzincanda yeni rekordu gözləyirik. Düşünürəm ki, Azərbaycanla görüşdə birlikdə qalib gələcəyik".

Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu