Türkiyənin qadınlardan ibarət komandasının qapıçısı Fatma Şahin Millətlər Liqasının B1 qrupunda Azərbaycan yığması ilə Ərzincanda (31 may) keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, TFF-yə açıqlama verən qolkiper qalib gəlmək istədiklərini söyləyib:
"Milli komanda tarixdə ilk dəfə Ərzincanda oynayacaq. Azərbaycanla oyunda gücümüz elə azarkeşlərimiz olacaq.
Stadionun tribunalarının dolacağını gözləyirik. Komandamız çox yaxşı iş görür.
Səkkiz rəsmi oyunda cəmi 4 qol buraxmışıq, 7 dəfə qalib gəlmişik və bir dəfə uduzmuşuq.
Bu göstəricilər bizim düzgün yolda olduğumuzu göstərir. Arzularımız, məqsədlərimiz var.
Azərbaycanı məğlub etmək və ilk qələbəni Ərzincanda qazanmaq istəyirik".