Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Nərgiz Hacıyeva karyerasında dəyişiklik edib.
Sportinfo.az xəbər verir ki, 1991-ci il təvəllüdlü müdafiəçi “Trabzonspor”dan ayrılıb.
O, legioner həyatına Qazaxıstanda davam etdirəcək. Hacıyeva “Aktobe” ilə anlaşıb.