17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, milli Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
ABFF Təlim-Məşq Mərkəzində keçirilən görüşün 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Azərbaycan millisinin heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Qazaxıstan kollektivi penaltilər seriyası sayəsində 4:1 hesablı qələbə qazanıb.
U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.
Azərbaycanın U-17 millisi ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.