"Rəqiblərimizdən birini tanımaq bizim üçün yaxşı üstünlükdür".
Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Necla Güngör yerli federasiyanın rəsmi saytına açıqlamasında AVRO-2025-in seçmə mərhələsindəki rəqiblərindən biri olan Azərbaycan yığması barədə danışarkən deyib.
Mütəxəssis daha əvvəl iki kollektivin bir neçə dəfə yoldaşlıq görüşündə üz-üzə gəldiyini xatırladıb:
"İki komanda bir-birini çox yaxşı tanıyır. Türkiyə ilə Azərbaycan arasında illərdir davam edən dostluq və qardaşlıq əbədidir.
İnanıram ki, bu turnir ölkəmizdə qadın futbolunun səviyyəsini daha da yüksəldəcək".
AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.