Qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə klub karyerasında dəyişiklik edib.
Sportinfo.az xəbər verir ki, yığmaamızın yarımmüdafiəçisi Səudiyyə Ərəbistanında oynayacaq.
O, bu ölkənin “İstern Fleyms” klubuna keçib.
Dammam şəhərini təmsil edən komanda hazırda Səudiyyə Ərəbistanı liqasında 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.