Cəlilabad rayonunda qızlardan ibarət futbol komandaları yaradılır.
Sportinfo.az xəbər verir ki, qızlardan formalaşdırılan kollektivlər ilk dəfə fəaliyyət göstərəcəklər.
Cəlilabad Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin futbol məşqçiləri tərəfindən yaradılan komandalarda 8-13 yaş arası uşaqlar iştirak edəcəklər. Məşqlər UGİŞM-in idman bazasında keçiriləcək.
Komandaların AFFA tərəfindən təşkil olunan qız futbol liqalarında iştirakları gözlənilir.