Yüksək Qızlar Liqasında 5-ci turun oyunları keçirilib.
“Sumqayıt”“Kapital Bank Arena”nın ehtiyat meydançasında “Neftçi” ilə üz-üzə gəlib.
Ev sahibləri hesabda geri düşməsinə baxmayaraq, geridönüş etməklə, çempionluq yolunda əsas rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Onlardan Lamiyə Əlizadə və Şəfəq Nəsirova fərqlənib.
Sumqayıtlı qızlar 5 turdan sonra maksimum nəticə göstərməklə turnir cədvəlinin zirvəsində yer alıb.
Yerli komanda “Neftçi” üzərində qələbəni böyük sevinc hissi ilə qeyd edib.
Matçdan sonra paltardəyişmə otağını “şadlıq evi“nə çeviriblər, mahnı oxuyublar, qarşı tərəfə mesaj göndəriblər.
SPORTİNFO.AZ