19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında Azərbaycan yığması 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya yığmaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2024-cü ilin 3, 6, 9 aprel tarixlərində Latviyada təşkil olunacaq.
İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaq. Turnirin final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq.