Qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, millimiz Macarıstanın Szeged şəhərindəki "Szent Gellert Forum" stadionunda Macarıstan ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.
Azərbaycan millisi turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da "Dalğa Arena"da İsveçrə yığmasına qarşı keçirəcək.