Qadın futbolçulardan ibarət Azərbaycan komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
31 may
Türkiyə - Azərbaycan
Ərzincan 13 Şubat stadionu. Saat 21:00
Baş hakim: Aleksandra Kollin
Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar
Dördüncü hakim: Klemens Qonçalves
(Hakimlər briqadası Fransadandır)
4 iyun
Azərbaycan - Türkiyə
Dalğa Arena. Saat 19:00
Baş hakim: Nanna Löf Andersen
Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt
Dördüncü hakim: Frida Klarlund
(Hakimlər briqadası Danimarkadandır)