COP29

“Qapını açanda gördük ki, alov evi bürüyüb” - VİDEO

7 İyul 07:50 Problem 1 441
“Qapını açanda gördük ki, alov evi bürüyüb” - VİDEO

Bakının Binəqədi rayonunda ağcaqanad dərmanı evdə yanğına səbəb olub.

Bununla bağlı “Xəzər TV” hadisə yerindən sujet hazırlayıb.

Ev sahibi Şamil Manafov həyat yoldaşı Elza Balabəyovadan ayrıldıqdan sonra evin bir otağında özü, digərində isə keçmiş arvadı oğlu ilə qalırmış.

Elza Balabəyova bildirib ki, yanğına səbəb ağcaqanad dərmanını yandırıb evdən çıxması olub: “Dərmanın qoxusu uşağa təsir etməsin deyə çölə çıxdıq. Qapını açanda gördük ki, alov evi bürüyüb. Ev əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb”.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha ətraflı videomaterialda:

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?