“Futbolda işlərimiz çoxdur, lakin düşünürəm ki, həm yarışlar keçirməli, həm də aşağı yaş qrupundan ibarət idmançılarımıza şans verməliyik”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, stadionların təmir olunmasının vacibliyini qabardıb:
“Uşaq futboluna investisiya qoymalıyıq. Biz artıq bunu etməyə başlamışıq.
Təbii ki, idman infrastrukturundan danışmalıyıq. Stadionlar təmir olunmalıdır.
Bir çox rayonlarda stadionlar var. Bunu tək edə bilmirik, özəl şirkətlər də dəstək göstərməlidir.
Deyək ki, hansısa stadionu təmir etdik. Axı orada komanda da oynamalıdır.
Həmçinin sonrakı işlər var. Komandaya baxmaq lazımdır.
Artıq II Liqa da var. Nəticə istəyirik.
Qonşumuz Gürcüstanı görürük və təəsüflənirik. İstərdik ki, bizim komanda da belə nəticələr əldə etsin.
Futbol elə bir mövzudur ki, çox danışmaq olar. Faktlarla danışmalıyıq.
Daha çox uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin”.