COP29

İlk dəfə açıqladı: “400 min verib gətirdiklərini oynadırdılar, məni yox”

3 Sentyabr 16:40 Problem 7 084
İlk dəfə açıqladı: “400 min verib gətirdiklərini oynadırdılar, məni yox”

“Türkiyədə alt liqalardakı klubların başqanlarının mentaliteti bir az fərqlidir.

İcarədə olan futbolçulara yaxşı baxmırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ötən mövsümdə “Bandırmaspor”un sıralarında yer alan Mert Çelik deyib.

Vaxtilə “Neftçi”nin heyətində yer alan, yayda “Səbail”lə anlaşan 24 yaşlı müdafiəçi Bandırma təmsilçisində şans qazanmamasına maraqlı əsas göstərib.

Sən demə, klubun sahibi Mertə qarşı ədalətsizlik edib:

“Müqavilə ilə “Başakşehir”ə məxsus olsam da, “Bandırmaspor”da icarə əsasında oynamalıydım.

Bunu heç vaxt deməmişdim, ilk dəfə dilimə gətirirəm. Klubun rəhbəri 400 min ödəyib gətirdiyi stopperə üstünlük verirdi.

400 min verib gətirdiklərini oynadırdılar, məni isə yox. Niyə mənə şans verilmədiyini soruşanda, icarədə olduğumu, mövsümün sonunda “Başakşehir”ə dönəcəyimi bildirdilər.

Bu cür axmaq şeylərlə qarşılaşdım. O günlər mənim üçün geridə qalıb.

“Başakşehir”dən sənədimi alıb bura gəldim. Bundan sonra tam olaraq “Səbail”ə məxsusam”.

Vaxtilə Azərbaycan millisinə də cəlb olunan futbolçu ötən mövsüm Türkiyənin I Liqasında 3, ölkə kubokunda da eyni sayda olmaqla cəmi 6 matçda 319 dəqiqə meydanda olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti