Millimizlə matçda iştirakı sual altındadır - Bu hücumçunun

13:20 Problem 902
Millimizlə matçda iştirakı sual altındadır - Bu hücumçunun

İyunda Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasında ciddi itki baş verib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hücumçu Roberts Uldrikis uzun müddətə sıradan çıxıb.

Almaniyanın “Arminiya” klubunda çıxış edən 26 yaşlı forvard tezliklə əməliyyat olunacaq.

Onun ən azı mövsümü başa vurması gözlənilir. Uldrikisin hətta iyunda millimizlə matçda iştirakı da sual altındadır.

Latviya – Azərbaycan görüşü iyunun 7-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti